- Baxış sayı: 13
- 09 İyul 2026 21:34
- Baxış sayı: 343
- İyul 08, 2026
- 0

Madridin “Real” klubu yarımmüdafiəçi Cud Bellinqemlə müqaviləni uzatmağı planlaşdırır.
Allsport.az xəbər verir ki, “kral klubu” 2026-cı il dünya çempionatı başa çatdıqdan dərhal sonra ingiltərəli futbolçu ilə yeni müqavilə danışıqlarına başlayacaq.
Bundan əvvəl yayılan xəbərlərdə baş məşqçi Joze Mourinyonun Bellinqemi komandanın əsas fiqurlarından biri hesab etdiyi və onun start heyətindəki yerini müzakirə mövzusu etmədiyi bildirilirdi.
25 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 40 oyunda meydana çıxaraq 8 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Real”la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Hazırda İngiltərə millisinin düşərgəsində olan futbolçu dünya çempionatında komandasının heyətində 1/4 finala yüksəlib.