- Baxış sayı: 36
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Madrid “Real”ının qapıçısı Tibo Kurtua klubla müqaviləsini uzatmaq barədə razılığa gəlib.
Allsport.az xəbər verir ki, 34 yaşlı belçikalının hazırkı müqaviləsi 2026/27 mövsümünün sonunda başa çatacaq. Yeni anlaşmaya əsasən, Kurtuanın sözləşməsi ən azı daha bir mövsüm uzadılacaq.
Belçika millisinin üzvü 2018-ci ilin yayında “Çelsi”dən “Real”a keçib. Qolkiper Madrid təmsilçisinin heyətində 338 rəsmi matçda iştirak edib.