- Baxış sayı: 39
- 10 İyul 2026 22:38
- Baxış sayı: 103
- İyul 10, 2026
- 0

İtaliyanın “Milan” klubu Mario Gilanın transferini rəsmən açıqlayıb.
Allsport.az xəbər verir ki, 25 yaşlı ispaniyalı müdafiəçi ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.
O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.
Transferin məbləği 25 milyon avro və əlavə 5 milyon avro bonus olmaqla, ümumilikdə 30 milyon avro təşkil edir.
Futbolçunun yetirməsi olduğu “Real” əvvəlki transfer müqaviləsində yer alan satışdan pay bəndinə əsasən bu məbləğin 50 faizini, yəni təxminən 15 milyon avro əldə edəcək.