- Baxış sayı: 32
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 397
- Avqust 20, 2026
- 0


Britaniya mətbuatı (Theatletic.com) “Vulverhempton”un U-23 komandasının oyunçuları barədə yazı dərc edib.
Allsport.az xəbər verir ki, millimizin hücumçusu Renat Dadaşovun da çıxış etdiyi komandanın üzvlərinin gələcəkdə Avropanın aparıcı liqalarında çıxış edəcəyi qeyd edilib:
“Vulverhempton”un aşağı yaş qruplarında çoxlu istedadlı oyunçu var. Onların bəziləri Avropanın aparıcı liqalarında çıxış edə bilərlər. Qısa vaxtda PSJ, “Bavariya” kimi komandalar bu oyunçuları ala bilər”.
Renat Dadaşov mövsümün ilk yarısını Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. 20 yaşlı hücumçu “Vulverhempton”un U-23 komandasında 2 qol vurub.