Renat Dadaşov “Birmingem”dən imtina etdi

İngiltərənin “Vulverhempton” klubunun futbolçusu Renat Dadaşov “Birmingem”ə icarəyə verilməkdən imtina edib.

Allsport.az xəbər verir ki, “canavarlar” 20 yaşlı hücumçunu çempionşip klubuna icarəyə verməyə hazır olsa da, Renat bu keçidə razı olmayıb.

“Vulverhempton” Renatı 2019-cu ilin yayında Portuqaliya təmsilçisi “Eştoril”dən transfer edib. Millimizin üzvü mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pasuş de Ferreyra” klubunda keçirib. Renat hazırda “Vulverhempton”un U-23 komandasındadır.

Həmin kateqoriyadan