Renatın əvəzinə braziliyalı

İsveçrənin “Qrasshopper” klubu hücum xəttini gücləndirib. Allsport.az xəbər verir ki, 2-ci liqa təmsilçiis “Vulverhempton”un daha bir futbolçusu Leo Bonatinini heyətinə icarəyə götürüb.

26 yaşlı braziliyalı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.

“Qrasshopper” komandanın məşqində zədə alan Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun boşluğunu doldurmaq üçün bu keçidi reallaşdırıb. Çarpaz bağları qopan Dadaşov əməliyyat edilib. O, uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

Həmin kateqoriyadan