Renatın əvəzinə “Neftçi”nin sabiq hücumçusu

Azərbaycan millisinin üzvü Renat Dadaşovu “Vulverhempton”a qaytaran Portuqaliyanın “Pasuş de Ferreyra” klubu yeni hücumçu alıb.

Allsport.az xəbər verir ki, yüksək liqa klubu Braziliyanın “Atletiko Mineyro” klubunun forvardı Denilsonu 18 aylıq icarəyə götürüb. 24 yaşlı futbolçu mövsümün ilk hissəsini Portuqaliyanın “Tondela” klubunda keçirib.

Denilson 2016-cı ildə “Neftçi”də icarə əsasında çıxış etmişdi. O, “ağ-qaralar”da 9 oyuna 1 qol vurmuşdu.

Həmin kateqoriyadan