Riçard Almeyda “İnter”lə oyun barədə nə dedi?

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Sabah bizi çox çətin oyun gözləyir. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, sabah ən yaxşı nəticəni qazanaq. Sabahkı görüşdə bütün gücümü ortaya qoyacağam. Zədəli futbolçularımız da bizim qədər həyəcanlı olacaqlar. Onlar hər zaman bizə dəstək olurlar. Təbii ki, Reynaldonun olmaması bizim üçün ciddi itkidir.

Ancaq bizim Vüqar Nadirov, Muarem Muarem və Leroy Corc kimi futbolçularımız var. Məncə, onlar Reynaldonun yoxluğunu hiss etdirməyəcəklər. Meydanda olanda bütün gücümü ortaya qoyuram ki, komandam qalib gəlsin. Sabah o qədər də çılğın olmayacağam. Çalışacağam ki, ən yaxşı keyfiyyətlərimi ortaya qoyum”.

Həmin kateqoriyadan