Riçard Almeyda təmiz qolu saymayan hakimi vurmaq istəyib

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

“Paltardəyişmə otağına gedəndə yan xəttini hakimini gördüm. Onu vurmaq üçün əllərim qaşınsa da, ciddi cəza alıb, karyeramı təhlükə altına atmaq istəmədim. Ona görə hirsimi divardan çıxdım. Paltardəyişmə otağında çox əsəbi idik. Çünki bir nəfərin axmaq səhvi bizim bütün zəhmətimizin üstündən xətt çəkdi. Bizim qələbəmizi oğurladılar. Hakim bu qərarı sadəcə ona görə qəbul etdi ki, “İnter” adlı-sanlı komandadı, dünya futbolunun nəhəngidir. Kiçik komandalara böyükləri məğlub etməyə imkan vermirlər. Həmin səhv olmasaydı, biz həm klubumuz, həm də Azərbaycan futbolu üçün tarixi bir uğura imza atmış olacaqdıq. Təəssüf ki, futbol belədir”.

Həmin kateqoriyadan