Rio-2016-nın başlamasına 100 gün qaldı

Dünən Rio-2016-nın başlamasına 100 gün qalıb. Allsport.az saytı xəbər verir ki, 34 idman növündə 306 medalçını müəyyənləşdirəcək 31-ci Yay olimpiya oyunları avqustun 5-dən 21-dək Braziliyanın ən böyük şəhərində keçiriləcək. Bu gündən sonra təşkilatçı ölkə olan Braziliya Yunanıstandan rəmzi olimpiya məşəlini təhvil alacaq.

Məhz həmin tarixdən başlayaraq nəhəng idman mərasiminin vaxtı geriyə hesablanacaq. Olimpiya məşəli Afinada Braziliya səfirliyinə təhvil verildikdən sonra İsveçrənin Cenevrə şəhərinə, ardından mayın 3-də Cənubi Amerika ölkəsinə gətiriləcək. Olimpiya simvolu Braziliyanın müxtəlif ştatlarının 334 şəhərinə aparılacaq.

Nəzərinizə çatdıraq ki, milli komandalarımız “dördilliy”in ən böyük idman bayramına ciddi hazırlaşır. Hələlik 44 idmançılarımız Braziliyaya yollanmaq hüququ qazanıb.

Həmin kateqoriyadan