- Baxış sayı: 33
- 05 May 2026 17:23
- Baxış sayı: 122
- May 04, 2026
- 0

“Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə matç bizim üçün ən asan oyun olacaq”. Allsport.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Onun fikrincə, rəqib çox güclü olduöundan, komandanın üzərində təzyiq yoxdur:
“Rəqib dünyanın ən güclü komandalarından biridir. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudur. Heyətdəki futbolçular ən güclü klublarda oynayırlar. Buna görə də üzərimizdə təzyiq yoxdur. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq”.