Robert Prosineçki: “Nizami Hacıyev futbol fəlsəfəmə uyğun deyil”

Azərbaycan millisinin martın 9-da Qətərlə keçirəcəyi yoldaşlıq görüşü üçün heyətində dəyişiklik olacaq. Allsport.az saytı xəbər verir ki, bunu baş məşqçi Robert Prosineçki deyib. “CBC Sport” telekanalına açıqlamasında o, 2 debütanta dəvət göndərəcəyini bildirib, “İnter”in kapitanı Nizami Hacıyevin məsələsində son nöqtəni qoyub.

Xorvatiyalı mütəxəssis, “ay-ulduzlu” olmağa səy göstərən və çağırılmadığı üçün dəfələrlə onu tənqid edən 29 yaşlı yarımmüdafiəçiyə növbəti dəfə ehtiyac duymadığını açıq bəyan edib: “Nizami Hacıyev yaxşı oyunçu olsa da, mənim futbol fəlsəfəmə uyğun deyil”.

Qeyd edək ki, sözü gedən orta xətt oyunçusu Berti Foqtsun dönəmində millisidə oynayıb, 1 qola vurub.

Həmin kateqoriyadan