Robert Prosineçki Rauf Əliyevi yığmaya dəvət edib

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “İnter”in hücumçusu Rauf Əliyevi yenidən milliyə qaytarmağa hazırlaşır. Allsport.az saytının məlumatına görə, forvard uzun müddət idi ki, zədə səbəbindən nə komandasına kömək edə bilirdi, nə də Azərbaycan yığmasına dəvət alırdı.

Amma bir müddət öncə zədəsini tam sağaldaraq “İnter”in oyunlarında iştirak etməyə başlayan Raufun yenidən “ay-ulduz”lu formanı geyinəcəyi gün uzaqda deyil. Belə ki, xorvatiyalı baş məşqçi mayın 24-dən iyunun 4-nə qədər Avstriyada baş tutacaq toplanışa dəvət alacaq.

Həmin kateqoriyadan