Robertu Martinez: “O, rəhbərlik etməyə hazırdı”

Portuqaliyanın baş məşqçisi Robertu Martinez Kriştianu Ronaldunun millisinə təsirinindən danışıb.

Allsport.az xəbər verir ki, hücumçu Avro-2024-ün seçmə mərhələsində Lüksemburqla görüşdə (6:0) dubla imza atıb.

Mütəxəssis ulduzla bağlı bunları deyib: “Mən çox şadam. Oyunçuların işə münasibətinin əsas olduğunu xatırlatmaq lazımdır. İlk dəqiqələrdən intensiv oynamaq, komanda şəklində oynamaq vacib idi. Biz isə bunu bacardıq, 6 qol vurduq. 

Çox məmnunam, amma bu yalnız başlanğıcdır. Hələ yaxşılaşdıracağımız çox şey var.

Ronaldu mühüm rol oynayır, onun beynəlxalq səviyyədə unikal təcrübəsi var. O, həmişə rəhbərlik etməyə, komandanın kapitanı olmağa hazırdır “.

Həmin kateqoriyadan