Rodriqonun evi qarət edilib

İspaniya kubokunun final oyunu zamanı Rodriqo Silvanın evi qarət edilib.

Allsport.az xəbər verir ki, “Osasuna” üzərində 2:1 hesablı qələbə qazanan “Real Madrid” kubokun sahibi olub. 

Rodriqo bu oyunda dubla imza atıb. 

Bu matç zamanı “Real Madrid”in yarımmüdafiəçisinin valideynləri ilə birlikdə yaşadığı ev naməlum şəxslər tərəfindən qarət edilib.

Həmin vaxt futbolçunun yaxınları oyunun keçirildiyi stadionun tribunasında olublar. 

Hazırda oğruların nə qədər ziyan vurduğu məlum deyil. Polis cinayətkarları axtarır. 

Həmin kateqoriyadan