Roman Pivarnik: “Qarabağ” barədə nə qədər çox məlumatımız olsa, bir o qədər yaxşıdır

Çex Respublikasının “Viktoriya” klubunun baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkatmasına münasibət bildirib. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunu söyləyib:

“Bizim özümüzə rəqib seçmək kimi imkanımız yoxdur. Bizə yalnız yaxşı hazırlaşmaq qalır ki, ilk rəqibimizi mübarizədən kənarlaşdıraq.

Gələn həftə Lüksemburq “Düdelanj”ı ilə Azərbaycan çempionu “Qarabağ” arasında cavab oyunu baş tutacaq. Bu oyunu izləmək istərdim. Əlbəttə, rəqiblərimiz barədə nə qədər çox məlumatımız olsa, bir o qədər yaxşıdır”.

Həmin kateqoriyadan