Roman Qriqorçuk: “Lill” üzərindəki qələbə ilə fəxr edə bilərik

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis Fransanın “Lill” komandası üzərində 1:0 hesablı qələbəni belə şərh verib:

“Bu matç xüsusi, vacib oyun idi. Qələbəni Cavid Hüseynova həsr edirik. Bu qarşılaşma zamanı stadionda çox gözəl atmosfer hiss etdim. Arenaya gəlib bizə dəstək olan azarkeşləri sevindirmək istəyirdik. Belə qələbələr həyatın boyu yadda qalır. 20 il sonra qarşılaşanda da bu matçı yada salacağıq.

Həqiqətən də, çox xoşbəxtəm. Həm klubun, həm ölkənin futbol imici yüksəldi. Bu, böyük futbolda atılmış növbəti addımdır. Bu, çox vacib və qiymətli qələbə idi. “Lill” üzərindəki qələbə ilə fəxr edə bilərik. Ayrı-ayrılıqda hər futbolçunun oyunu xoşuma gəldi. Xüsusilə taktiki planda həddindən artıq yaxşı oynadıq.

Həmin kateqoriyadan