Roman Qriqorçuk: “Nəsə demək üçün çox tezdir”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Antalya toplanışı çərçivəsində baş tutan Hollandiyanın PSV klubunun ikinci komandasına qarşı yoxlama matçının (0:0) ardından düşüncələrini bölüşüb. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

“Hal hazırda işlərimiz, hazırlıq prosesimiz davam edir. Ümumi nəsə demək üçün çox tezdir. Futbolçularımız səylə çalışır. Oyunumuz haqda yalnız fevralın 1-də – “Bakı” ilə qarşılaşmadan sonra danışa bilərik. Hazırkı dövr həmin matça hazırlıq dövrüdür. Yeni futbolçularımız – Rəşad Sadiqov və Aleksey Qay təcrübəli futbolçulardır. Bizim onların oyununa, komandaya xeyir verib-verməyəcəklərinə dair hər hansı bir şübhəmiz yox idi. Onlar zaman ötdükcə öz səviyyələrini göstərirlər. Heyətimizə qatdığımız gənc futbolçular isə çalışırlar və daha çox çalışmalıdırlar”.

Həmin kateqoriyadan