Roman Qriqorçuk: “Uğurlu nəticə əldə etməyə çalışacağıq”

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) qarşılaşmasından əvvəl “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir.

“İlk oyunun evdə və ya səfərdə keçirilməsinin böyük ölçüdə fərqi yoxdur. Rəqib sürətli, fərdi keyfiyyəti yüksək olan futbolçulara malikdir. “Panatinaikos”un çox güclü olduğunu yaxşı bilirik. Amma sona qədər mübarizə aparacağıq. İlk matçda uğurlu nəticə əldə etməyə çalışacağıq. Hansı komandanın favorit olması haqda oyundan əvvəl nə isə demək düzgün deyil. Bu görüşdə hər iki komandanın baxımlı, məzmunlu futbol nümayiş etdirməsini istəyirəm. Meydançaya çıxan hər futbolçuya inanırıq. Bu oyunçularla mübarizə aparacağıq və hazırkı heyətlə də mərhələ adlamaq perspektivimiz var.

Komandamızda əhval-ruhiyyə yaxşıdır, qarşılaşmaya yüksək ab-havada hazırlaşırıq. Start “11-liy”i oyun günü müəyyənləşdirəcəyik. Oyunun nəticəsindən asılı olmayaraq “Qəbələ”nin gələcəyini parlaq, uğurlu görürəm. Bu, bir matçdan asılı deyil. Komandamız addım-addım irəliləyir. Əsas odur ki, inkişaf üçün düzgün sistem olsun və bunun sayəsində komanda mərhələ-mərhələ vəzifələrin öhdəsindən gəlsin”.

Həmin kateqoriyadan