Roman Qriqorçuk: “Yaxşı oyun göstərəcəyik”

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunundan əvvəl “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun iştirakı ilə mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları söyləyib:

“Serbiyadakı matçda oyunumuz alınmadı. Bunun səbəbini bilirik. Bizə çox şeyi dəyişmək lazım deyil. Səfər oyunundakı çatışmazlıqların üzərində çalışmışıq. Cavab qarşılaşmasında o səhvləri buraxmamalıyıq. Bu dəfə yaxşı oyun göstərəcəyik. Matçın 90 dəqiqədən də çox davam etməsinin mümkünlüyünü də nəzərə almışıq. Amma ümid edirəm ki, görüşün taleyini əsas vaxtda həll edəcəyik. Komandamız “Dinamo” ilə səfər matçında vacib qol vurmuşdu. Amma Serbiyada 0:1 hesabı ilə uduzmuşuq, bir az çətindir. Sabah bir neçə qol vurmağı düşünürük. Komandamızın buna imkanı çatar. Özümüzü “Çukariçki” ilə matçda 3:0 hesabı ilə qalib gəlməyə kökləməliyik. Böyükhesablı qələbə qazanmaq istəyirik”.

Həmin kateqoriyadan