Roman Qriqorçukla Tomas Tuxel oyun öncəsi media əhli ilə görüşəcək

Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda “Qəbələ” Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Borussiya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah – oktyabrın 21-də, 18:45-də arenanın Media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 21:00-da isə “Borussiya”nın çalışdırıcısı Tomas Tuxel media nümayəndələrinin suallarını cavablandıracaq.

Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək. “Qəbələ” saat 19:30-da, Almaniya təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.

Həmin kateqoriyadan