“Ronaldu Azərbaycanla oyuna yüksək motivasiyada çıxacaq”

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş komandanın kapitanı Kriştianu Ronaldunun DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarına hazır olduğunu deyib. Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis “Yuventus”un çempionlar liqasının 1/8 finalında mübarizəni dayandırmasından sonra Ronaldunun tənqidlərə məruz qalmasından da danışıb.

O, bu durumun milliyə mənfi təsirinin mümkünlüyünə dair suala cavabında təcrübəli oyunçunun həmişə yüksək motivasiyada olduğunu deyib:

“Kriştianu Ronaldu həmişə yüksək motivasiyadadır. Söhbət az, yaxud çox qol vurmaqdan getmir. Mən əminəm ki, o, millinin uğurları üçün qarşıdakı görüşlərə də həmişəki iddia ilə gələcək”.

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində martın 24-ü Azərbaycan, martın 27-də Belqradda Serbiya, martın 30-da isə səfərdə Lüksemburqla qarşılaşacaq.

Həmin kateqoriyadan