Ronaldu Səudiyyə Ərəbistanından bezib

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir. 

Allsport.az xəbər verir ki, Ronaldu ölkəyə və onun mədəniyyətinə uyğunlaşmaqda çətinlik çəkib. Həmçinin, dil problemi də portuqaliyalıya mane olub. Kriştianu 9 il yaşadığı Madridə qayıtmaq istəyir.

Ulduz hücumçu “Əl-Nəsr”ə transfer olmazdan əvvəl “Atletiko”ya keçməyə yaxın idi, lakin komandanın azarkeşləri müqavilə imzalanmasına qarşı çıxıblar.

“Real”ın prezidenti Florentino Peres Ronalduya Madrid təmsilçisinə səfir kimi qayıtmağı və ya klubun rəhbərliyində çalışmağı təklif etməyə hazırdır.

Həmin kateqoriyadan