Ronaldu və xanımının aşpaz problemi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun yeni transferi Kriştianu Ronaldu ailəsi üçün aşpaz tapmaqda çətinlik çəkir. Allsport.az xəbər verir ki, portuqaliyalı hücumçunun evində lazım olan işçilərdən çoxu artıq tapılsa da, aşpaz vəzifəsi vakant olaraq qalır.

Ronaldu və onun sevgilisi Corcinanın ənənəvi Portuqaliya yeməkləri, eləcə də suşi kimi daha çox beynəlxalq yeməkləri bişirmək bacarığı olan aşpaz axtarırlar.

Ronaldo ötən ilin dekabrında “Əl-Nəsr”lə 2.5 illik müqavilə imzalayıb. 37 yaşlı futbolçu illik 200 milyon avro qazanacaq. O, Ər-Riyadda yerləşən 99 mərtəbəli göydələndə – “Kingdom Tower”də yaşayır.

Həmin kateqoriyadan