Ronaldunun komandasında baş məşqçi dəyişikliyi olub

Ronaldunun komandasında baş məşqçi dəyişikliyi olub

Allsport.az xəbər verir ki, braziliyalı keçmiş futbolçu Ronaldunun əsas səhmdarı olduğu “Real Valyadolid” baş məşqçisi Xose Roxo Martini istefaya göndərib.

La liqanın 27-ci turunda səfərdə “Real Madrid”ə 0:6 hesabı ilə məğlub olan İspaniya təmsilçisi 28 xalla 16-cı pillədə qərarlaşıb.

La liqa klubundan verilən açıqlamada komandanı 2-ci liqadan 1-ci liqaya yüksəldən Roxo ilə yolları ayırmağın çətin olduğu diqqətə çatdırılıb.

Həmin kateqoriyadan