Ronni Deyla: “Qarabağ”la “Renn” arasında fərq yoxdur”

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Ronni Deyla Fransanın “Renn” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Allsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la mübarizə aparacaq sözügedən klubun çalışdırıcısı 2:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:

“Qarabağ”la “Renn” arasında fərq yoxdur. Nə bu, nə də digər komanda barədə məlumatımız var idi. Fransa klubunun heyətində yalnız bir norveçli futbolçunun yer aldığını bilirdik. “Qarabağ”la oyunlarımız çətin olacaq. Çünki onlarla heç vaxt qarşılaşmamışıq. Azərbaycanlılara qarşı ötən mövsüm Milan “İnter”inə qarşı oynadığımız kimi mübarizə aparmalıyıq. Amma müdafiədə milanlılarla oyundakından daha yaxşı çıxış etməyimiz lazımdır. Yaxşı komanda ilə mübarizə aparacağımızı bilirik. Hesab edirəm ki, biz uğur qazanmağa hazırıq. Qriffitsə qarşıdakı oyunda güvənə bilərik. O, hər oyunda qol vurur. Lakin onun oynaması həm də rəqiblərdən, onların necə oynamasından asılıdır. İstənilən halda o, yaxşı formada olduğunu göstərir”.

Həmin kateqoriyadan