- Baxış sayı: 27
- 24 Aprel 2024 21:00
- Baxış sayı: 34
- Aprel 23, 2024
- 0
Millimizin sabiq üzvü Rüfət Dadaşov “Şalke”nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib. Allsport.az saytı xəbər verir ki, o, İnstaqram hesabında bununla bağlı yazıb:
“Son bir neçə həftə ərzində yaşadıqlarım sadəcə inanılmazdır. 30 yaşında 2-ci bundesliqada debüt fürsəti qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə heyrətamizdir.
Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkür edirəm! Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!”
Həmyerlimiz 2-ci bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.