Rüfət Dadaşov zədəsindən danışdı

Zədə səbəbindən Azərbaycan millisinin heyətindən kənarlaşdırılan Almaniya III Bundesliqa təmsilçisi “Proysen”in hücumçusu Rüfət Dadşov açıqlama verib.

Allsport.az xəbər verir ki, 28 yaşlı hücumçu budunda ağrılar olduğunu deyib:

“Eniş zamanı budumda ağrı hiss etdim. Sonra yığmanın baş məşqçisi Nikola Yurçeviçlə məsləhətləşdik və növbəti təyyarə ilə geri qayıtmağım qərara alındı. Belimdə problemin olmasından şübhələnirik. Bu üzdən hərtərəfli müayinə olunacam. Ümid edirəm ki, problem tezliklə aradan qalxacaq”.

Həmin kateqoriyadan