Rüfət Dadaşovdan növbəti qol

Almaniya 3-cü bundesliqasında 19-cu tura start verilib.

Allsport.az xəbər verir ki, millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Maqdeburq”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Rüfət start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasının ilk qolunu Dadaşov vurub. 36-cı dəqiqədə fərqlənən Rüfət cari mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb.

Münster klubu 16 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan