Rusiya klubunda yeni çalışdırıcı

Oleq Kononov “Torpedo”nun baş məşqçisi vəzifəsinə təyin olunub.

Allsport.az xəbər verir ki, tərəflər arasında 2,5 illik müqavilə imzalanıb. Bu vəzifədə Kononov noyabrdan yanvaradək komanda ilə işləyən Artem Qorlovu əvəzləyib.

Kononov ötən yay “Saturn”u tərk etdikdən sonra işsiz idi. 57 yaşlı mütəxəssis daha əvvəl “Arsenal”, “Riqa”, “Spartak”, “Terek” və “Krasnodar” kimi klublara rəhbərlik edib.

20 turdan sonra “Torpedo” birinci liqa cədvəlində, lider Mahaçqala “Dinamo”sundan 10 xal geri qalaraq 8-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan