Ruslan Qurbanov dəstəyə görə azarkeşlərə təşəkkür etdi

“Neftçi”nin yarımmüdafiəçisi Ruslan Qurbanov öz Facebook səhifəsində azarkeşlərə təşəkkürünü bildirib. Allsport.az xəbər verir ki, Avropa Liqasındakı çıxışını erkən başa vuran paytaxt klubunun üzvü bunları qeyd edib:

“Belə çətin anda bizə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Hamımız bu vəziyyəti başa düşürük və sizin qədər kədərliyik. Hər şey Allahın iradəsindən asılıdır, biz bacardığımız qədər çalışdıq, amma Allahın təqdiri ilə Avropa Liqasında mübarizəni dayandırdıq. Çox sağolun qardaşlar!”.

Həmin kateqoriyadan