- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Bu gün Praqada qılıncoynadanlar arasında beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya verən son yarışda ölkəmizi AQF-in 1-ci vitse-prezidenti Yaşar Məmmədovun və baş məşqçi Fikrət Vəliyevin rəhbərliyi ilə Səbinə Mikina, Azər Tağıyev (hər ikisi – 2 sablya) və Kənan Əliyev (şpaqa) təmsil ediblər.
Gərgin mübarızədə adı ilk çəkilən idmançımız ümidləri doğruldub. Finala qədər itkisiz irəliləyən Səbinə, həlledici qarşılaşmada belaruslu rəqibini 15:11 hesabı ilə qalib gələrək, Rio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Qeyd edək ki, Mikina London-2012-nin də iştirakçısı olub.