Səlahət Ağayev: Yığmada heç bir psixoloji gərginlik yoxdur


“Ay-ulduzlular”ımızın qapıçısı Səlahət Ağayev Avro-2020-nin seçməsində Uelsə qarşı səfər oyunu öncəsi mətbuat konfransına gəlib. Allsport.az saytı xəbər verir ki, o, görüşün çətin keçəcəyini deyib:

“Rəqibin təqdimata ehtiyacı yoxdur. Bakıya müsbət nəticə ilə qayıtmaq üçün əlimizdən gələni edəcəyik. Yığmada heç bir psixoloji gərginlik yoxdur. Oyuna tam hazırıq”.

Xatırladaq ki, Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Həmin kateqoriyadan