“Sən bu cür təmasların öhdəsindən gələcək gücdəsən”

“Sən bu cür təmasların öhdəsindən gələcək gücdəsən”

İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem Argentina yığmasının kapitanı Lionel Messi ilə dünya çempionatının yarımfinal matçında yaşadığı emosional dialoqdan danışıb.

Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçu meydandakı söhbətin adi oyun epizodu ilə bağlı olduğunu bildirib:

“Əslində sadəcə qayda pozuntusunu müzakirə edirdik. Mən hesab edirdim ki, bir qədər əvvəl mənə qarşı faul edilmişdi. O isə yaxınlaşıb soruşdu: “Bəs mənə qarşı edilən qayda pozuntusu necə?”. Mən də cavab verdim: “Sən bu cür təmasların öhdəsindən gələcək gücdəsən”.

DÇ-2026-nın yarımfinalında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Cənubi Amerika təmsilçisi həlledici görüşdə İspaniya ilə üz-üzə gələcək. Final matçı iyulun 19-da ABŞ-ın Nyu Cersi ştatındakı “MitLayf” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan