- Baxış sayı: 34
- 19 İyun 2026 20:30
- Baxış sayı: 40
- İyun 19, 2026
- 0

Türkiyə millisinin baş məşqçisi Şənol Günəş AÇ-2020 barədə danışıb. Allsport.az xəbər verir ki, 66 yaşlı mütəxəssis qrup mərhələsində iki oyunun Bakıda təşkil olunmasına münasibət bildirib.
“Azərbaycan bizim üçün önəmlidir. Oranı öz meydanımız kimi görürük. Bakıda olarkən o isti münasibəti gördüm. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər son dönəmlərdə daha da üst səviyyəyə çıxıb. Nə qədər azarkeş olacağını bilmirəm. Amma böyük bir üstünlüyümüz olacağını düşünürəm. Bizi dəstəkləyəcək o tərəfdarlara meydanda gözəl oyun sərgiləməklə, yaxşı nəticələr qazanmaqla cavab verməyi düşünürük”.
Bakı olimpiya stadionu AÇ-2020-də “A” qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına və 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.