Şənol Günəş Bakıda

Türkiyə millisinin baş məqşçisi Şənol Günəş və komandanın meneceri Hüseyn Coşqun bu gün Bakıya işgüzar səfərə gəlib.

Allsport.az xəbər verir ki, səfər çərçivəsində türkiyəli qonaqlar Bakı şəhərindəki stadionlara və otellərə baxış keçiriblər.

AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovla Türkiyə milli komandasının baş məşqçisi Şenol Güneş arasında görüş baş tutub.

Elxan Məmmədov Türkiyə milli komandasına Avropa çempionatında uğurlar arzulayıb, Şənol Günəş isə öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib.

AÇ-2020-nin final mərhələsinin A qrupunda Türkiyə millisi iyunun 17-də Uels, 4 gün sonra isə İsveçrə millisi ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

Həmin kateqoriyadan