VİDEO
Sərbəst güləş yığmamız təlim-məşq toplanışına başlayıb

Sərbəst güləş yığmamız Bakıda növbəti təlim-məşq toplanışına start verib. Allsport.az xəbər verir ki, yanvarın 10-12-də Türkiyənin İstanbul şəhərində keçirilmiş Yaşar Doğunun xatirə turnirində iştirak etdikdən sonra vətənə qayıdan millimiz bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edib.

Olimpiya güləş mərkəzində təşkil olunan hazırlıq prosesinə güləş federasiyasının vitse-prezidenti Firdovsi Umudov nəzarət edir. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında baş tutan toplanışa gənclərdən ibarət yığmanın aparıcı üzvləri də cəlb edilib. Avrpa çempionatına və lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan TMT-də həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət yetirilir.

Qitə çempionatı fevralın 10-dan 16-dək İtaliyada, Avropa olimpiya təsnifat turniri martın 19-dan 22-dək Macarıstanda, dünya olimpiya təsnifat turniri isə aprelin 30-dan mayın 3-dək Bolqarıstanda keçiriləcək.

Həmin kateqoriyadan