“Sərkərdə”nin basketbolçusu narkotik maddə satdığı üçün həbs edildi

“Sərkərdə”nin basketbolçusu Nikolay Kojuhari İrlandiyanın Offali şəhərində saxlanılıb. Allsport.az “offalyexpress” nəşrinə istinadən xəbər verir ki, moldovalı basketbolçu 100 min avro dəyərində narkotik maddə satmaqda ittiham olnur.

Onunla yanaşı, Egidius Judiskis və Birr Beqqarstaun da şübhəli şəxs qismində saxlanılıb. Mayın 20-də məhkəmə prosesi baş tutacaq.

Azərbaycanda basketbol mövsümü koronavirus pandemiyasına görə ləğv olunub.

Həmin kateqoriyadan