Şəxsi göstəricidə Sebastyan Vettel, Konstruktorlar kubokunda “Mersedes” 1-ci yerdədir

“Ferrari”li Sebastyan Vettel Kanada mükafat yarışında 4-cü yeri yutmasına rəğmən, ümumi sıralamada öndərliyini qoruyur. Allsport.az saytı xəbər verir ki, mövsüm ərzində keçirilən 7 qran-prinin 3-ündə (Avstraliya, Bəhreyn, Monako) qalib gələn almaniyalı sürücünün 141 xalı var. Son mübarizədə hesabına 25 xal əlavə edən Lüis Həmilton liderlə aradakı fərqi bir qədər də azaldıb.

O, bu qələbədən sonra xal ehtiyatını 129-a çatdırıb. Britaniyalı pilot Cin, İspaniya və Kanada mükafat yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Onun “Mersedes”də komanda yoldaşı Valtteri Bottasın 93 xal bala malikdir. Finlandiyalı sürücü, Rusiyada qalib olub, ümumi sıralamada 3-cü yerdədir.

Konstruktorlar kubokunda ilk 5 mövqedə müvafiq olaraq, “Mersedes” (222 xal), “Ferrari” (214 xal), “Red Bull Racing” (112 xal), “Force İndia Mercedes” (71 xal) və “Toro Rosso” (29 xal) qərarlaşıblar.

Həmin kateqoriyadan