- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 30
- İyun 26, 2026
- 0

Ölkəmizi FİBA çempionlar liqasında təmsil edəcək “Sabah” basketbol klubu heyətini daha bir legionçu ilə gücləndirib.
Allsport.az xəbər verir ki, amerikalı basketbolçu Trevon Duvalla 1 illik müqavilə imzalanıb.
2017-ci ildə ABŞ-da məktəb liqasında 1 nömrəli oyun qurucusu seçilən 188 boya malik Trevon “Duke Blue Devils”in heyətində NCCA 1-ci divizionunda çıxış edib. 26 yaşlı basketbolçu 2018/2019 mövsümündə “Miluoki”nin heyətində NBA-də debüt edib. Duval son mövsümü Türkiyə super liqasında mübarizə aparan “Manisa BB” klubunda keçirib.