- Baxış sayı: 43
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 79
- Sentyabr 25, 2026
- 0

“Sabah” klubunun basketbolçusu Klavs Cavars FIBA Avropa kubokunda 1 oyun ərzində 8 blokşot edərək turnirin rekorduna imza atıb.
Allsport.az xəbər verir ki, buna qədər rekord (7 blokşot) 2017-ci ildə qeydə alınıb.
Klavs bu göstərici üzrə liderdir. O, hər oyunda orta hesabla 3,4 blokşot edib.
28 yaşlı mərkəz oyunçusu həmçinin hər matçda orta hesabla 7,6 xal və 10,4 ribaundla yadda qalır.