“Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq”

Allsport.az xəbər verir ki, yığmamızın üzvü Bəhlul Mustafazadə Avro-2024-ün seçmə mərhələsində İsveç – Azərbaycan oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında matç haqda fikirlər səsləndirib:

“Düşünürəm ki, iqlim dəyişikliyi bizim üçün heç bir problem yaratmamalıdır. Biz futbolçular tez-tez bu cür halla qarşılaşırıq. İlk oyundakı oyunumuza gəlincə, buraxdığımız qollarda bütün müdafiə xəttinin səhvi vardı. Əslində oyuna yaxşı başlamışdıq. Elə səhvlər oldu ki, şəxsən mən sığortalaya bilərdim, amma bacarmadım. Sabahkı oyunda eyni səhvləri təkrarlamamalıyıq.

Hamımız yaxşı nəticələr üçün mübarizə aparırıq. İnkişaf etdiyimizi düşünürəm. Çünki daha rahat oynamağa və qələbələr qazanmağa başlamışıq”.

Həmin kateqoriyadan