- Baxış sayı: 41
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Nyukasl” klubu, İsveçrə millisinin hücumçusu Yohan Manzambi ilə müqavilə imzalamaqda maraqlıdır. Allsport.az saytı xəbər verir ki, “sağsağanlar” maliyyə şərtləri barədə məlumatlandırılıblar. Hələ rəsmi danışıqlara başlanılmayıb.
“Frayburq”, Dünya Kubokunda çıxışından sonra oyunçu üçün təxminən 60 milyon avro istəyir. Hücumçu mundialda 4 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
Digər komandalar da Manzambi ilə maraqlanır.