“Salam, Azərbaycan, səni sevirəm!”

“Bütün yarışlar çox yaxşı gedir. Hər şey vaxtında olur. Burada şərait çox yaxşıdır. Olimpiya kəndində təşkilatçılıq yüksək səviyyədədir”. Allsport.az saytı xəbər ki, bunu Tokio-2020-də Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev deyib.

200 metr məsafəyə qaçışda finala vəsiqə qazana bilməyən 31 yaşlı həmyerlimiz, məqsədinin Fransa-2024-ə hazırlaşmaq olacağını söyləyib: “Olimpiada ilə yarışlarımız yekunlaşmır. Türkiyədə klubların yarışları olacaq. Qarşıdakı illərlə bağlı daha bir hədəfimiz var – Paris yay olimpiya oyunları. Bütün idmançılarımıza ən yaxşı nəticələrini göstərməyi arzu edirəm”.

Ramil Quliyev sonda Azərbaycana salam göndərməyi də unutmayıb: “Salam, Azərbaycan, səni sevirəm!”

Qeyd edək ki, Olimpiadanın yarımfinal mərhələsində finişə 6-cı yerdə çatan Ramil Quliyev finala yüksələ bilməyib.

Həmin kateqoriyadan