Samir Əliyev: “Neftçi” hər iki görüşdə üstün oynadı”

“Neftçi” PFK-nın baş məşqçisi Samir Əliyev Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost” klubu ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Rəqib xüsusi oyun göstərmədi, nəticəyə oynadılar, qapandılar. Bizə gəlincə, meydanda gənclərimizi gördünüz. Təcrübəsizlikləri öz sözünü dedi, qol imkanlarından yararlana bilmədilər. İki həftə hazırlıq keçmişik, bununla belə, gənclərimizə güvənmək olar, gələcəkdə böyük işlər görə bilərik. Futbolçulardan razıyıq, onlara təşəkkürümü bildirirəm. Komandamız hər iki görüşdə üstün oynadı”.

Həmin kateqoriyadan