Samir Əliyev “Neftçi” üçün püşkatmanı dəyərləndirdi”

Samir Əliyev UEFA Avropa Liqasının püşkünün nəticəsini dəyərləndirib. Allsport.az sizi həmin fikirlərlə tanış edir:

“Bildiyiniz kimi, komandamız təzə yığılıb. Əsas məqsədimiz odur ki, bu qısa vaxt ərzində yaxşı hazırlaşaq və layiqli çıxış edək. İndiki vəziyyətdə dayaq yarımmüdafiəçi mövqeyində problemimiz var. Erik Ramosla yanaşı Kaue də ilk oyunda meydana çıxmayacaq. İkinci matçda isə o, bizə kömək edə biləcək. Ona görə çalışacağıq ki, birinci oyunda sərfəli nəticə əldə edək. İlk matçın hansı meydanda olmasının fərqi yoxdur. Biz öz oyunumuzun üzərində işləyirik. Oyunumuzu rəqibə görə qurmayacağıq. Səfər qarşılaşmasında sərfəli nəticə qazanmaq istəyirik. Ən azı məğlub olmamalıyıq”.

Həmin kateqoriyadan