Samir Abbasov: Azərbaycan komandasına 80 000 manatdan da böyük məbləğdə mükafat olub

Azərbaycan millisinin sabiq kapitanı, hazırda “Sumqayıt” klubunun baş məşqçisi olan Samir Abbasov “ay-ulduzlular”ımıza DÇ-2018-in seçmə mərhələsində Norveç üzərində qələbə (1:0) və Çex Respublikası ilə heç-heçəyə (0:0) görə verilən mükafatla bağlı fikrini bölüşüb. Allsport.az saytı azerisport.az-a istinadən xəbər verir ki, əsas heyətdə meydana çıxan futbolçular 2 oyuna görə 80 000 manat mükafat qazanıblar:

“80 000 manat? Azərbaycan yığmasında bundan da böyük məbləğdə mükafatlar olub. Bunu siz özünüz də gözəl bilirsiniz. Komandamız bu pula layiq idi. Qoy xərcləsinlər. Amma böyük qardaş kimi məsləhət görürəm ki, qətiyyən arxayınlaşmasınlar.

Qarşıda Şimali İrlandiya ilə çətin səfər oyunu var. Onlar səviyyəni qaldırdılar. Artıq bütün ölkə millimizdən daha böyük uğurlar gözləyir. Klublarında öz üzərlərində daha çox çalışmalıdırlar. Düşünməməlidirlər ki, buna nail olduqsa, yığmaya yenə dəvət alacağam”.

Həmin kateqoriyadan