Samir Məsimovun komandası avroliqada “Vest Hem”lə qarçılaşacaq

Azərbaycanlı futbolçu Samir Məsimovun çıxış etdiyi “Domjale” klubu Avropa Liqasının 2-ci təsnifat mərhələsini də uğurla başa vurub. Allsport.az xəbər verir ki, Belarusun “Şaxtyor” (Soliqorsk) klubu ilə mübarizə aparan Sloveniyanın komandası ilk oyunda bu rəqibi ilə 1:1 hesablı bərabərliyə razılaşmışdı.

Ötən gecə baş tutan cavab oyununda isə Sloveniya klubu öz meydanında 2:1 hesabıyla qalib gələrək, üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb. Məsimov bu oyunda da ehtiyatda qalıb.

Qeyd edək ki, “Domjale”nin növbəti mərhələdəki rəqibi İngiltərənin “Vest Hem” klubu olacaq. İlk oyun iyulun 28-də İngiltərədə keçiriləcək.

Həmin kateqoriyadan