- Baxış sayı: 36
- 23 Mart 2025 10:30
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Fevralın 15-də Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları uğurla çıxış ediblər.
Allsport.az xəbər verir ki, cüdoçular turnirin ilk günündə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində İbrahim Talıbov gümüş, Anar Quliyev bürünc medal əldə edib.
55 kq çəkidə final görüşündə iki cüdoçumuz Məhəmmədəli Hüsiyev və Rəsul Əlizadə qarşılaşıb. Məhəmmədəli Hüsiyev qızıl, Rəsul Əlizadə isə gümüş medalın sahibi olub.
60 kq çəkidə mübarizə aparan Zeyd Ələsgərov bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni çəki dərəcəsində İlkin Qarayev isə turniri 7-ci pillədə başa vurub.
66 kq çəki dərəcəsində Əli Hümbətov bürünc medal qazanıb, Özqan Quliyev isə beşinci yerlə kifayətlənib.