“Sampdoriya” “A” seriyasını tərk edib

Allsport.az xəbər verir ki, “Sampdoriya” növbəti mövsüm “A” seriyasında oynamayacaq.

Deyan Stankoviçin komandası 34-cü turda səfərdə “Udineze”yə uduzub (0:2).

Bu komanda 34 oyunda 17 xal toplayıb və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 17-ci sıradakı “Verona”nın 30 xalı var. Artıq riyazi olaraq “Sampdoriya”nın bu fərqi aradan qaldırması mümkün deyil. Ona görə də sona 4 tur qalmış komandanın əsas liqanı tərk edəcəyi dəqiqləşib.

“Sampdoriya” 2012/13 mövsümündən İtaliya “A” seriyasında çıxış edir.

Həmin kateqoriyadan